Cəlilabadda yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə nəticəsində 4 nəfər xəsarət alıb.
Onlar 1960-cı il təvəllüdlü Natiq Mirzəyev, 1982-ci il təvəllüdlü Elşən Quliyev, 2002-ci il təvəllüdlü Murad Bayramov və 2006-cı il təvəllüdlü İ. Bayramovdur.
Faktla bağlı araşdırmalar davam etdirilir.
2023-11-01 20:17
Cəlilabad rayonunda ağır yol qəza olub.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad - Boyxanlı avtomobil yolunda qeydə alınıb.
Belə ki, traktorla "VAZ-2106" markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində yaralıların olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.