Cəlilabadda taxıl sahəsi yanıb - FOTO

Cəlilabad rayonunun Günəşli kəndində 10 hektar taxıl sahəsi yanıb. 

"Report"un Muğan bürosu xəbər verir ki, hadisə kənd sakinləri - Elman DadaşovSabir Qasımova məxsus taxıl sahələrində baş verib. 

Yanğın 3 hektar biçilməmiş və 7 hektar biçilmiş ərazini əhatə edib. Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvələri cəlb edilməklə alovun qarşısı alınıb. 

İlkin məlumata görə, yanğına səbəb ərazidən keçən elektrik naqillərindəki qısaqapanma olub. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41