Cəlilabadda sərnişin mikroavtobusu qəzaya düşüb 

Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisində mikroavtobus qəzaya uğrayıb.

"Report"un Muğan bürosunun məlumatına görə, "Mercedes" markalı mikroavtobus "VAZ 21015" markalı minik avtomobilinə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Mikroavtobusun Cəlilabad-Bakı istiqamətində sərnişin daşıdığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26