Cəlilabadda qardaş qardaşı döyüb

Cəlilabad rayonunda qardaşlar arasında dava olub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Məşədilər kəndində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini, 1971-ci il təvəllüdlü Əsəd Kürşad oğlu Səfərov qardaşı tərəfindən döyülüb. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisənin başvermə səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05