Cəlilabadda qadın baldızını döyərək ona xəsarət yetirib

Cəlilabad. 30 iyun. REPORT.AZ/ Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, Suluçeşmə kəndində 1959-cu il təvəllüdlü yerli sakin Məmmədova Gülxas Sahib qızı qardaşının həyat yoldaşı tərəfindən döyülüb.

Qadın müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Talaçaydan sel keçir 08 iyul, 2026 / 11:03