Cəlilabadda piyadanı maşın vurub

Cəlilabad. 21 avqust. REPORT.AZ/ Cəlilabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun rayonun Alar kəndindən keçən hissəsində qeydə alınıb.

2004-cü il təvəllüdlü kənd sakini Əzimov Mirzəbəy Ramal oğlunu yolu keçərkən avtomobil vurub. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Vəziyyəti ağır olduğundan paytaxtdakı xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37