Cəlilabadda minik və yük maşınları toqquşub - FOTO

Cəlilabad. 19 avqust. REPORT.AZ/ Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi olub.

“Report”un Aran bürosu xəbər verir ki, Ələt-Astara magistral yolunun rayonun Göytəpə şəhəri ərazisindən keçən hissəsində “Mercedes” markalı avtomobillə digər maşın toqquşub.

Hadisə yerinə "təcili yardım" maşını cəlb olunub. Qəza nəticəsində 2 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Naxçıvanda avtobus yanıb 10 iyul, 2026 / 15:02