Cəlilabadda minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhərinin Xətai küçəsində qeydə alınıb.

Belə ki, qəza zamanı "VAZ-2107" və "VAZ-21015" markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində "VAZ-2107"nin sərnişini, 2003-cü il təvəllüdlü Nuray Astanova və "VAZ-21015"in sürücüsü, 1956-cı il təvəllüdlü Xanoğlan Rzayev xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Sürücünün vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər