Cəlilabadda minik avtomobili at arabası ilə toqquşub, xəsarət alanlar var

Cəlilabad. 8 noyabr. REPORT.AZ/ Cəlilabad rayonunda yol qəzası baş verib. 

"Report"un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun Cəlilabad rayonundan keçən hissəsində, Cəlilabad Rayon Müalicə Diaqnostika Mərkəzinin yaxınlığında qeydə alınıb. 

Belə ki, minik avtomobili at arabasına çırpılıb. Nəticədə at arabasında olan 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47