Cəlilabadda minik avtomobili aşıb, xəsarət alanlar var 

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Cəngan kəndi ərazisində qeydə alınıb.

Qəza zamanı "VAZ 2107" markalı minik avtomobili aşıb. Nəticədə rayon sakinləri 1981-ci il təvəllüdlü Cabbar Həsənov və 2006-cı il təvəllüdlü Sənan Tarverdiyev xəsarət alıb. Yaralılar rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər