Cəlilabadda məktəbli qız intihar edib

Cəlilabad. 19 aprel. REPORT.AZ/ Cəlilabad rayonunda məktəbli intihar edib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə rayonun Bayxanlı kəndi ərazisində baş verib. 

Belə ki, kənd sakini, 2002-ci il təvəllüdlü Kamranova Aytac Hüseyn qızı özünü tövlədə asaraq intihar edib.

İntiharın səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, A.Kamranova 10-cu sinifdə oxuyur.

Faktla bağlı araşdırma aparılır. 

Xəbər lenti