Cəlilabadda "KamAZ" aşıb, ölən var

Cəlilabadda "KamAZ" aşıb, ölən var.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Ləkin kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 1964-cü il təvəllüdlü Söhbət Məmişov idarəetdiyi "KamAZ" markalı yük avtomobilini aşırıb.

Daha sonra onun meyiti avtomobildən çıxarılıb. İlkin məlumata görə, o, ürəktutmasından vəfat etdikdən sonra qəza baş verib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər