Cəlilabadda iki uşaq anası intihar edib 

Cəlilabadda iki uşaq anası intihar edib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1994-cü il təvəllüdlü S.Niftiyeva öz ata evində tövlədə özünü asıb.

Məlumata görə, qadın bir müddət əvvəl həyat yoldaşı ilə mübahisə edərək, atası evinə gəlibmiş. Onun iki övladı var.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41