Cəlilabadda iki qadın dəm qazından zəhərlənib

Cəlilabad rayonunda iki nəfər dəm qazından zəhərlənib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisələr ayrı-ayrı ünvanlarda qeydə alınıb.

Belə ki, rayonun Uzuntəpə kənd sakini, S.Xanəhmədova dəm qazından zəhərlənib.

Digər analoji hadisə ilə hadisə isə Cəlilabad şəhərində qeydə alınıb. Belə ki, rayon sakini, A.Əmirzadə dəm qazından zəhərlənib.

Hər iki şəxs rayon xəstəxanasına aparılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45