Cəlilabadda iki minik avtomobili toqquşub 

Cəlilabad rayonunda yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı minik avtomobili ilə "Hundai" markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində hər iki sürücü yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda fərdi ev tam yanıb 21 mart, 2026 / 17:18