Cəlilabadda iki minik avtomobili toqquşdu - VİDEO

Cəlilabad rayonunda yol qəzası baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Niva” markalı minik avtomobili ilə “Mercedes” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində ağır xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45