Cəlilabadda ferma yanıb, 29 baş mal-qara tələf olub

Cəlilabad rayonunda fermada yanğın olub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Sərhədabad kəndində, Anar Qasımova məxsus təsərrüfatda qeydə alınıb.

Yanğın nəticəsində 29 baş iribuynuzlu mal-qara tələf olub və 6 ton ot yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb edilib.

Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41