Cəlilabadda fərdi yaşayış evində yanğın baş verib

Cəlilabad rayonunun Uzuntəpə kəndində yerləşən fərdi yaşayış evlərindən birində yanğın olub.

"Report"un Muğan bürosu xəbər verir ki, ümumi sahəsi 128 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 1 otağının pəncərə çərçivəsi və tavanı 6 m² sahədə yanıb.

Yanğın daha sonra evə bitişik ümumi sahəsi 88 m² olan tövləyə keçib. Tövlənin yanar konstruksiyaları 64 m² sahədə, altına yığılan 6.5 ton ot bağlamasının isə 2 tonu yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub və yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48