Cəlilabadda ər həyat yoldaşını döyüb

Cəlilabad rayonunda ər həyat yoldaşını döyüb.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Muğanlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1992-ci il təvəllüdlü A. Abasova həyat yoldaşı tərəfindən döyülüb.

Qadın müxtəlif bədən xəsarətləri ilə rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45