Cəlilabad. 30 iyun. REPORT.AZ/ Cəlilabad rayonunda ər arvadını döyərək xəstəxanalıq edib.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1980-ci il təvəllüdlü Arzu Allahşükür qızı İbişova döyülüb. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.