Cəlilabadda elektrik yarımstansiyasından kabel oğurlanıb

Cəlilabad. 29 oktyabr. REPORT.AZ/ Cəlilabad rayonunda elektrik yarımstansiyasından kabel oğurlanıb. "Report"un Aran bürosunun məlumatına görə, hadisə oktyabrın 17-də rayonun Uzuntəpə kəndində yerləşən elektrik yarımstansiyasında baş verib.

Belə ki, elektrik yarımstansiyasının həyətindən 1 200 metr kabel oğurlanıb.

Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Tural Qasımov tutulub.

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırmalara başlanılıb.

Digər xəbərlər

Lerik rayonunda zəlzələ olub 27 sentyabr, 2026 / 11:31
Laçında traktor minaya düşüb 26 sentyabr, 2026 / 11:51