Cəlilabadda dava zamanı iki qardaş döyülüb

Cəlilabad. 26 fevral. REPORT.AZ/ Cəlilabad rayonunda dava baş verib. 

"Report"un Aran bürosu xəbər verir ki, hələlik məlum olmayan səbəbdən düşən dava zamanı iki qardaş - rayonun Privolnoye kənd sakinləri - 1979-cu il təvəllüdlü Surac Məhərrəm oğlu Məmmədov və 1984-cü il təvəllüdlü Tural Məhərrəm oğlu Məmmədov döyülüblər. 

Yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Cəlilabadda avtomobil yanıb 07 sentyabr, 2026 / 11:33