Cəlilabadda canavarlar qoyun sürüsünə hücüm edib - FOTO

Cəlilabad. 26 sentyabr. REPORT.AZ/ Cəlilabad rayonunda canavarlar qoyun sürüsünə hucum edib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Xəlilli kəndində qeydə alınıb.

Kəndin qoyun sürüsü səhər saatlarında örüş sahəsində otarılarkən kol-kosluqdan çıxan bir neçə canavar sürüyə hücüm edib. Hadisəni görən çoban kənd sakinlərini köməyə çağırmaqla sürünü yırtıcılardan kənarlaşdırıb. Lakin canavarlar bir neçə qoyunu parçalayaraq kol-kos ərazilərə doğru aparıb. 

Yerli sakinlərin sözlərinə görə, hər il sözügedən ərazilərdə yırtıcılar heyvanlara hücum erdərək təsərrüfatlara xeyli ziyan vurur.

Hadisə ilə bağlı rayon baytarlıq idarəsinə məlumat verilib. Tələf olmuş heyvanlar xüsusi qaydada zərərsizləşdirilərək basdırılıb.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45