Cəlilabad rayonunda ağır yol qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
"VAZ 2107" markalı minik avtomobilinin motosikletə çırpılması nəticəsində Cəlilabad sakinləri - 1977-ci il təvəllüdlü Ehtiram Nəsirov və 1976-ci il təvəllüdlü Vüqar Camalov xəsarət alıb. Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Xəsarət alanların hər ikisi motosikletdə olan şəxslərdir.
Faktla bağlı araşdırma aparılır.