Cəlilabadda avtomobil sərxoş piyadanı vurub

Cəlilabad rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Minik avtomobili sərxoş vəziyyətdə olan 1958-ci il təvəllüdlü Həsənov Hüseyn Xıdır oğlunu vurub. Yaralı təcili tibbi yardım avtomobili ilə rayon xəstəxanasına çatdırılıb. Ona lazımi tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47