Cəlilabadda avtomobil piyadanı vurub

Bakı. 9 may. REPORT.AZ/ Axşam saatlarında Cəlilabad rayonunda piyadanı avtomobil vurub.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Göytəpə şəhərində 1982-ci il təvəllüdlü yerli sakin Ağayev Zahid yolu keçmək istəyən zaman baş verib.

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda qadın dənizdə boğulub 13 iyul, 2026 / 10:56