Cəlilabadda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB

Cəlilabad rayonunda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

"Report"un Muğan bürosunun məlumatına görə, həkimlərin səylərinə baxmayaraq, 65 yaşlı Bəybala Qasımovun həyatını xilas etmək mümkün olmayıb. 


*** 15:45

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Muğan bürosunun məlumatına görə, şəhər ərazisində yolu keçmək istəyən, rayon sakini, 1954-cü il təvəllüdlü Qasımov Bəybala Rəhim oğlunu avtomobil vurub. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45