Cəlilabadda avtomobil iribuynuzlu heyvanla toqquşub

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili iribuynuzlu (inək) heyvanla toqquşub. Qəza nəticəsində heyvan tələf olub, avtomobilə isə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45