Cəlilabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, noyabrın 23-də saat 20 radələrində Cəlilabad şəhərinin ərazisində şəhər sakini Mirzəbəy Cəfərov idarə etdiyi “VAZ-21063” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub.
Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.