Cəlilabadda avtomobil aşıb, ana və övladı xəsarət alıb

Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobilinin yolun kənarına aşması nəticəsində Yardımlı rayon sakini, 1995-ci il təvəllüdlü T.Kərimova və onun azyaşlı övladı xəsarət alıb.

Yaralılar rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Gəncədə ev yanıb, ölən var 26 mart, 2026 / 10:51