Cəlilabadda avtomobil aşıb, 23 yaşlı gənc xəsarət alıb

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosu xəbər verir ki, minik avtomobilinin aşması nəticəsində rayon sakini, 1997-ci il təvəllüdlü Əliyev Yalçın İsrail oğlu xəsarət alıb. Yaralı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər