Cəlilabadda avtomobil aşdı - FOTO

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Muğan bürosu xəbər verir ki, hadisə Uzuntəpə kəndində qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb və aşıb. Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər