Cəlilabadda avtomobil 8 yaşlı uşağı vuraraq ağır xəsarət yetirib

Cəlilabad şəhərinin Ü.Hacıbəyov küçəsində azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, yolu keçən 2015-ci il təvəllüdlü Ərəbli Ramazan Vüqar oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin əziyi və bədənin çoxsaylı əzikləri diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər