Cəlilabadda avtomobil 3 piyadanı vurub

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Uzuntəpə kəndində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı minik avtomobili yoldan keçən 3 piyadanı vurub.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Bəzi çaylarda sululuq artıb 4 may, 2025 / 10:09