Cəlilabadda 9 yaşlı uşağı avtomobil vurub

Cəlilabad rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhərinin Məhəmməd Hadi küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini, 2011-ci il təvəllüdlü Əsədov Əbülfəz Faiq oğlunu "Jiquli" markalı minik avtomobili vurub. Ağır xəsarət alan Ə.Əsədov yaxınları tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona bud və çanaq sümüyünün sınığı diaqnozu qoyulub. Daha sonra müalicəsini davam etdirmək üçün Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına köçürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45