Cəlilabadda 7 yaşlı oğlanı maşın vurub

Cəlilabad. 18 iyul. REPORT.AZ/ Cəlilabadda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, minik avtomobili şəhər sakini, 2011-ci il təvəllüdlü Quliyev Həsən Cavid oğlunu vurub. Yaralı xəstəxanaya aparılıb. Ona ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48