Cəlilabadda 7 avtomobilin iştirakı ilə yol qəzası baş verib

Cəlilabadda 7 avtomobilin iştirakı ilə yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.

İlkin məlumata görə, qəzaya səbəb iki avtomobilin ötüşməsi olub.

Ümumilikdə 3 "Mercedes", "VAZ 2107", "BMW", "Prado" və "Chevrolet" markalı minik avtomobilləri toqquşub.

Hadisə zamanı xəsarət alanların olub-olması hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Meyxanaçı Ağakərim dəfn edilib 20 dekabr, 2025 / 11:46