Cəlilabadda 64 yaşlı kişini ilan sancıb

Cəlilabad rayon sakinini ilan sancıb.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Çinar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1959-cu il təvəllüdlü S.Fərəcov ilan sancması diaqnozu ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Məlumata görə, o, əkin sahəsində işləyən zaman ilan onu sancıb.

Digər xəbərlər

Ağdamda yanğın başlayıb 13 iyun, 2026 / 17:22