Cəlilabadda 61 yaşlı kişi intihar edib

Cəlilabad rayonunda intihar hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Muğan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1960-cı il təvəllüdlü Əmənov Nurəddin Həsən oğlu özünü yaşadığı evdə asaraq intihar edib.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26