Cəlilabadda 44 yaşlı kişi döyülüb

Cəlilabad rayonunda 44 yaşlı kişi döyülüb.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, Cəlilabad rayon sakini, 1975-ci il təvəllüdlü Qəhrəman Bəhrəm oğlu Rüstəmov bir neçə naməlum şəxs tərəfindən döyülüb. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər