Cəlilabadda 38 yaşlı kişi döyülüb

Cəlilabad. 25 dekabr. REPORT.AZ/ Cəlilabad rayonunda 38 yaşlı kişi döyülüb.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Təzəkənd kəndində baş verib.

Belə ki, kənd sakini, 1979-cu il təvəllüdlü Elşən Vaqif oğlu Nağıyev tanıdığı bir neçə şəxs tərəfindən döyülüb.

O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37