Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Sərxanlı kəndində qeydə alınıb.
İlkin məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində kənd sakini, 1989-cu il təvəllüdlü Nəzərova Xalidə Cahangir qızı xəsarət alıb.
Yaralı xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.