Cəlilabadda 28 yaşlı kişi bıçaqlanıb

Cəlilabad. 30 avqust. REPORT.AZ/ Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, rayonun Maşlıq kənd sakini, 1990-ci il təvəllüdlü Hicran Etibar oğlu Adıgözəlov sağ böyrək nahiyəsindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlanması hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37