Cəlilabadda 25 yaşlı gənc döyülüb

Cəlilabad. 2 mart. REPORT.AZ/ Cəlilabad rayonunda 25 yaşlı gənc döyülüb.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə rayonun Sərhədabad kəndində qeydə alınıb. 

Belə ki, 1993-cü il təvəllüdlü Emin Əjdər oğlu Əmirov döyülüb. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yaralı tanıdığı şəxslər tərəfindən döyüldüyünü açıqlayıb.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər