Cəlilabadda 19 yaşlı qız intihar edib

Bakı. 13 yanvar. REPORT.AZ/ Cəlilabad rayonunda intihar hadisəsi qeydə alınıb.

Rayon Prokurorluğundan “Report”a verilən məlumata görə, rayonun Fətullaqışlaq kənd sakini 1998-ci il təvəllüdlü Tünzalə Əliyeva özünü yaşadığı evin yardımçı təsərrüfatında asaraq intihar edib.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. İntiharın səbəbi araşdırmalardan sonra məlum olacaq.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45