Cəlilabadda 19 yaşlı qadın döyülüb

Cəlilabad rayonunda 19 yaşlı qadın döyülüb.

"Report"un Muğan bürosunun məlumatına görə, rayon sakini, 2000-ci il təvəllüdlü Həsənova Gülər Elxan qızı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və ona lazımi tibbi yardım göstərilib.

Məlumata görə, qadın yaxınları tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54