Cəlilabadda 10 yaşlı uşağı avtomobil vurub

Cəlilabad rayonunda piyadavurma hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, rayonun Mirzəli kəndi ərazisində yolu keçmək istəyən 2009-cu il təvəllüdlü yerli sakin Musayev Qismət Zəfər oğlunu minik avtomobili vurub.

Yaralı azyaşlı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47