Cəlilabad rayonunun Hamarqışlaq kəndində 100 yaşlı dəyirman qorunur.
"Report"un Muğan bürosunun əməkdaşı 1 əsr olan dən dəyirmanı ilə tanış olmaq üçün Hamarqışlaq kəndində olub.
Bu dəyirmanın indiki sahibi 70 yaşlı Mədət Mustafayevdir. Onun sözlərinə görə, əvvəllər burada hazırlanan undan nəinki kənd sakinləri, həmçinin ətraf kəndlərin əhalisi də istifadə edib:
"Dəyirmanın ehtiyat hissələri, xüsusilə də dən üyüdən daşları vaxtilə çox çətinliklə ayrı-ayrı bölgələrdən toplanılıb".
M.Mustafayev həmçinin qeyd edir ki, kənd ərazisində yeni tikililərin sayı artdıqdan sonra dəyirmanın yeri dəyişdirilərək 1989-cu ildə hazırkı əraziyə köçürülüb.
Qeyd edək ki, Cəlilabad rayonu ərazisində mövcud olmuş onlarla belə qədim dəyirmanlarından demək olar əksəriyyəti məhv olub. Taxılçılıq tarixi olan bir rayonda belə bir dən dəyirmanın qorunması həm də əsrlik yaşı olan bir eksponatın gələcək nəsilə əyani çatdırılması baxımından vacibdir.