Cəlilabad sakinləri dənizdə batıb

Cəlilabad. 31 iyul. REPORT.AZ/ Cəlilabad rayon sakinləri dənizdə batıb. 

“Report”un Aran bürosu xəbər verir ki, rayonun Xəlilabad kənd sakinləri - 22 yaşlı Təbriz Vilayət oğlu Məstiyev və 24 yaşlı Nohid Teymur oğlu Teymurov dənizdə çimərkən boğulublar. Hadisə ötən gün baş versə, də hələ də onların meyitləri tapılmayıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc-xilasediciləri tərəfindən axtarışlar davam etdirilir.

Qeyd edək ki, hər iki şəxs Bakıda fəhlə işləyirmiş.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05
Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37