Cəlilabad sakininin üzərindən tapança aşkarlandı

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilinən Cəlilabad rayon sakini H.Eyvazov saxlanılıb.

Ondan üzərində “Pistole Model 27 Kal – 7.65” yazılmış 1 ədəd tapança, içərisində 8 ədəd patron olan həmin tapançaya aid sandıqça aşkar olunaraq götürülüb.

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14